Daha bir partiya fəaliyyətini dayandırdı

 Daha bir partiya fəaliyyətini dayandırdı

Azərbaycanda daha bir partiya fəaliyyətini dayandırıb. Qaynarinfo xəbər verir ki, Müstəqil Xalq Partiyası (MXP) aprelin 18-də fəaliyyətinə son verib.

Müstəqil Xalq Partiyası (MXP) 2020-ci ildə qeydiyyatdan keçib. Partiyanın sədri Əflan İbrahimov idi. O, "El" Hərəkatı Ali Məclisinin sabiq sədr müavini olub.

Bununla da fəaliyyətini dayandıran partiyaların sayı 14-ə çatıb. Belə ki, Müstəqil Azərbaycan, Azərbaycan Vahid Kommunist, Sosial Demokrat, Liberal Demokrat, Milli Vəhdət, Sosial Rifah, Azərbaycan Naminə Alyans, Təkamül, Birlik, Azad Respublikaçılar, Azərbaycan Respublikaçılar, Yeni Yol, Milli Demokrat və Müstəqil Xalq partiyaları öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

11:54 - 19 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin