Prezident icra başçısının səhvini tutdu: “Bu balıq nərə cinsindən deyil” - VİDEO

 Prezident icra başçısının səhvini tutdu: “Bu balıq nərə cinsindən deyil” - VİDEO

Xəbər verdyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.

Asayis.Az-ın xəbərinə görə, dövlət başçısına və birinci xanıma zavodda yaradılan şərait barədə məlumat verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır məhsullara baxıblar.

Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov deyib ki, nərə cinsli balıqlar da var. Prezident İlham Əliyev isə bildirib ki, göstərilən balıq nərə cinsli deyil. İcra başçısı isə cavab verə bilməyib.

Sosial şəbəkələrdə icra başçısı sərt tənqid edilib, bildirilib ki, balıq məhsullarından anlayışı olmadığından dövlət başçısına səhv məlumat verir.

 

10:11 - 19 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin