Uzun zamandır kirayədə qalan müğənni ev arzusuna çatdı

 Uzun zamandır kirayədə qalan müğənni ev arzusuna çatdı

Əməkdar artist Rühəngiz Allahverdiyeva yeni ev alıb.

Asayis.Az xəbər verir ki, bu haqda aparıcı Nanə Ağamalıyeva verilişində deyib. Proqramda qonaq olan müğənni onun sözünü təsdiqləyərək, hələ mənzilə köçmədiyini bildirib.

Qeyd edək ki, R.Allahverdiyeva uzun illərdir mənzil problemi yaşadığını deyir. İfaçı evinin balaca olduğunu, əşyalarının ora sığmadığını və bunun üçün kirayə ev tutduğunu açıqlamışdı.

14:28 - 18 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin