“Rusiyada 20 mindən çox Ukrayna vətəndaşı əsirlikdə saxlanılır”.
Asayis.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Ombudsmanı Dmitri Lubinets məlumat verib.
O bildirib ki, bu rəqəm rəsmi şəkildə Ombudsman Aparatına müraciət edənlərin sayıdır.
Rusiya tərəfindən saxlanılan mülki şəxslərin faktiki sayı isə bundan çox ola bilər.
“Qafqazinfo”