Qəbələdə yanacaqdaşıyan maşının körpüdən aşmasının təfərrüatı açıqlanıb - VİDEO - YENİLƏNİB

 Qəbələdə yanacaqdaşıyan maşının körpüdən aşmasının təfərrüatı açıqlanıb - VİDEO - YENİLƏNİB

Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yol-nəqliyyat qəzası baş verməsi nəticəsində yanacaq daşıyan avtomobil körpüdən aşıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülür.

Qəbələdə yanacaqdaşıyan maşın iki avtomobilə dəyərək körpüdən aşıb, ölən var.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Asayis.az-a verilən məlumata görə, bu gün saat 11:30 radələrində 1960-cı il təvəllüdlü Məhərrəm Quliyev idarə etdiyi “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili ilə Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı iki minik avtomobilinə dəyib, daha sonra isə körpüdən aşıb.

Hadisə yerinə dərhal polis və FHN-in əməkdaşları cəlb olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb. Avtomobildə sıxılı vəziyyətdə qalan M.Quliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

16:49 - 15 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin