Bakıda avtomobil piyadaları vurub - Ölən və yaralanan var

 Bakıda avtomobil piyadaları vurub - Ölən və yaralanan var

Bakıda ölümlə nəticələnən qəza olub.

Asayis.az  apa-ya istinadən xəbər verir ki, Məmmədzadə Səmədulla Yədulla oğlu S.Vurğun küçəsi, Zabitlər parkının qarşısında özünə məxsus “Mercedes-Benz” markalı avtomobilin idarəetməsini itirərək yolu keçmək istəyən piyadalar - 1975-ci il təvəllüdü Süleymanlı Aynurə Əşrəf qızını və 1966-cı il təvəllüdlü Tağıyeva Mehriban Yaşar qızını vurub.

Nəticədə Mehriban Tağıyeva hadisə yerində ölüb, Aynurə Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

16:00 - 15 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin