ABŞ Prezidenti Ledi Qaqaya vəzifə verdi

 ABŞ Prezidenti Ledi Qaqaya vəzifə verdi

Müğənni və aktrisa Ledi Qaqa ABŞ Prezident Administrasiyasının mədəniyyət və incəsənət komitəsinin həmsədri təyin edilib.
Asayis.Az 
xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müğənni bu vəzifəyə layiqli namizəddir, çünki onun nailiyyətləri arasında 13 Qremmi mükafatı var.

"Ledi Qaqa tarixin kommersiya baxımından ən uğurlu qadın ifaçılarından biridir, xeyriyyəçilik və ictimai kampaniyalarda fəal iştirak edir", - məlumatda deyilir.

 

11:33 - 14 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin