Azərbaycan XİN rəhbəri Ermənistana xəbərdarlıq etdi

 Azərbaycan XİN rəhbəri Ermənistana xəbərdarlıq etdi

Ermənistan bu təhlükəli və təhrikedici addımlarından çəkinməlidir, bunun nəticələri Ermənistan üçün ağır ola bilər, necə ki, bu dünən belə oldu.
Asayis.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə mətbuat konfransında bildirib.

Xarici işlər naziri qeyd edib ki, təxribat baş verən yerə yaxın ərazilərdə sürətli quruculuq işləri gedir: “Bu təxribatların törədilməsi bizim vətəndaşlarımızın azad olunmuş ərazilərə qayıtmasına mane olmaq istiqamətində atılan addım kimi başa düşülə bilər”.

13:43 - 12 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin