Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb

 Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb

Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Asayis.az-a Müdafiə Nazirliyindən bildirilib. 

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

17:39 - 11 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin