İran Azərbaycandakı səfirini dəyişəsi olmadı - RƏSMİ

 İran Azərbaycandakı səfirini dəyişəsi olmadı - RƏSMİ

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Naser Kənani Tehranın Bakıdakı səfirinin dəyişəcəyi barədə xəbərlərə münasibət bildirib.
Asayis.Az xəbər verir ki, bu haqda XİN rəsmisi gündəlik brifinqdə danışıb.

Kənani deyib ki, Xarici İşlər Nazirliyində diplomatik vəzifələrin dəyişməsi normal haldır. "Lakin Azərbaycandakı səfirlə bağlı yeni heç nə olmayacaq", - deyə o bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın "Tasnim" xəbər agentliyi Tehranın Bakıdakı səfiri Abbas Musəvinin vəzifəsindən uzaqlaşdırılması, onun yerinə Müctəba Dəmirçilinin təyin olunması ilə bağlı məlumat yayıb.

Xatırladaq ki, Abbas Musəvi 2020-ci ildən İranın Bakıdakı diplomatik korpusuna rəhbərlik edir. O, səfir vəzifəsindən əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü olub. Abbas Musəvinin Bakıya gəlişindən sonra İran və Azərbaycan arasında münasibətlərdə irəliləyiş nəzərə çarpmayıb, əksinə təmaslar daha da gərginləşib.

16:53 - 10 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin