Fransa Azərbaycanla münasibətləri normallaşdırır? - AZAL-dan milyardlıq MÜQAVİLƏ

 Fransa Azərbaycanla münasibətləri normallaşdırır? - AZAL-dan milyardlıq MÜQAVİLƏ

Xəbər verdiyimiz kimi, AZAL Fransanın "Airubs"  şirkətindən "A320neo" ailəsinə aid 12 “Airbus” təyyarəsi üçün sifariş verib və Bakıda keçirilən mərasimdə alqı-satqı müqaviləsi imzalanıb.

Azərbaycana qarşı ən çox düşmən mövqeyində olan Fransa şirkəti ilə AZAL-ın milyardlıq ticarət müqaviləsi imzalamasına münasibət bildirən iqtisadçı ekpsert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, AZAL bu qərarı özbaşına verə bilməz. 

Onun sözlərinə görə, bu qərar ən yüksək səviyyədə qəbul olunur:

"Bu cür kontraktların bağlanmasında həm də ölkələrarası münasibətlərin düzəldilməsi, normallaşması nəzərə alınır. Ehtimallarıma görə, yaxın gələcəkdə artıq Fransa və Azərbaycan arasında gərginliyin xeyli səngiməsinin şahidi ola bilərik. Bu cür kontraktlar dövlətlərarası münasibətlərin normallaşdırılması üçün nəzərdə tutulur. Ona görə də bu, AZAL-ın verdiyi bir qərar deyil. Yəni, ümumi siyasi və iqtisadi gedişatdan irəli gələn qərardır. Çox güman ki, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət etmək üçün belə qərar qəbul olunub".
demokrat.az

13:11 - 10 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin