Gömrük komitəsindən vətəndaşlara ÇAĞIRIŞ

 Gömrük komitəsindən vətəndaşlara ÇAĞIRIŞ

Gömrük keçid məntəqələrində kənar şəxslərdən götürülən əşyalara bağlı vətəndaşlara çağırış edilib.

Asayis.az xəbər verir ki, məlumatda bildirilir:

“Xarici ölkələrə səyahət zamanı hava limanlarında və ya digər yerlərdə Azərbaycan Respublikasına gətirilməsi məqsədi ilə kənar şəxslərdən götürülən əşyalar onları ölkənin gömrük sərhədindən keçirənlər tərəfindən qanunvericiliklə müəyyənləşdirilən qaydada bəyan olunmalı və müvafiq gömrük ödənişləri ödənilməlidir.

Göstərilən tələblərin kənar şəxslərdən əşyaların qəbul edilməsi zamanı nəzərə alınması tövsiyə olunur”.

18:30 - 7 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin