"Bizimkilər öz kişiliklərini belə qurban edirlər" - Əli Mirəliyev

Xəbər verdiyimiz kimi, zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısı tərtib edilib. Siyahı Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda öz əksini tapıb.

Asayis.Az xəbər verir ki, məsələyə münasibət bildirən tanınmış müğənni Əli Mirəliyev Demokrat.az-a açıqlamasında bu qərarın doğru olduğunu söyləyib. 

O deyib ki, bu cür mahnılar reytinq xatirinə yazılır:

"Sovetlər vaxtında əsas fikri sözə götürmüşdülər. Şübhəsiz ki, o vaxtkı bəstəkarların hamısı professional bəstəkarlar idi. İndi yerindən duran mahnı yazır, bu bəstəkarlıq deyil. Bu, həvəskar bəstəkarlıqdır. Hətta, Sovet dövründə o boyda sənətkar Ələkbər Tağıyev qəbul etmirdilər. Çünki onun əsas vəzifəsi prokuror idi. Amma elə mahnılar yazırdı ki, əsrlər boyu o əsərlər yaşayacaq. 

İbrahim Topçubaşov həkim olub, o da elə mahnılar yazıb ki, əsrlərlə yaşayacaq. Yəni, əvvəllər həvəskar bəstəkarlar da profesionala baxıb profesionallaşmışdı. Həmin üslubda yazırdılar, sözlərə fikir verirdilər".

Ə.Mirəliyev qeyd edib ki, indi Azərbaycanda demokratiya bayrağı altında bu sahədə anarxiya gedir.

"Anarxiya odur ki, zövqləri qəsdən korlayırlar. Bunlara yalnız baxış sayı, reytinq lazımdır. Ona görə də, hər şeyi qurban edirlər. Bizim kişilər, hətta öz kişiliklərini belə qurban edirlər. Bu cür hallarla üz-üzə qalırıq. Çünki mən musiqi sahəsindəyəm, bunları bilirəm. Ən dəhşətlisi odur ki, onların oxuduğu nə olacaq? Onlar insanları necə maarifləndirə bilərlər ki, özləri başqa cinsə məxsusdular. Ona görə də, biz çətin dövrdə yaşayırıq. Mənim deməyə sözüm yoxdur. Bilmirəm haradan başlayım, necə deyim. Mənim 74 yaşım var. Bu gün insanlar bir-birinə qarşı aqresiyalıdır, elə bil ki düşmənidir. Bu həyatı yaşamaq çox çətindir. Sara Qədimova, Tükəzban İsmayılova və sairi kimi gözəl insanları görmüşük. Bir-birilə mehriban olublar. Onlardan gənc idim, amma onları özümə örnək gətirmişəm. Aşıq Şakir, Aşıq Qurban, Yaqub Məmməmdovu örnək götürmüşəm. İndikilər bunları qəbul edə bilmirlər. Nə deyim? Ar olsun! Bu nədir?".
 

16:20 - 7 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin