"Putinin göstərişi ilə məni öldürürlər" - Saakaşvili

"Həbsxanada ölməkdəyəm".

Asayis.Az NEXTA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

O qeyd edib ki, peşəkar müalicənin olmaması ölümlə nəticələnə bilər. 

"Putinin birbaşa göstərişi ilə məni öldürürlər. Qərbi oliqarx Bidzina İvanişviliyə, Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıram", - deyə Saakaşvili bildirib.

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstana qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident müalicə müəssisəsinə köçürülüb.

 

15:47 - 7 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin