"Həbsxanada ölməkdəyəm".
Asayis.Az NEXTA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.
O qeyd edib ki, peşəkar müalicənin olmaması ölümlə nəticələnə bilər.
"Putinin birbaşa göstərişi ilə məni öldürürlər. Qərbi oliqarx Bidzina İvanişviliyə, Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıram", - deyə Saakaşvili bildirib.
Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstana qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident müalicə müəssisəsinə köçürülüb.