Azərbaycanla sülh müqaviləsinin hazırlanması MÜZAKİRƏ OLUNDU

 Azərbaycanla sülh müqaviləsinin hazırlanması MÜZAKİRƏ OLUNDU

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Apa-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Qarabağ ətrafında mövcud vəziyyətin müxtəlif aspektlərinin müzakirəsi davam etdirilib.

“Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə əsas sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin və sabitliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı məsələlərin vacibliyi bir daha təsdiqlənib. Bundan əlavə, danışıqlar zamanı ikitərəfli münasibətlərin bəzi aktual məsələlərinə toxunulub”, - Kremlin məlumatında qeyd olunub.

***
Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Demokrat.az 
xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub, 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli bəyanatlarının icrası, o cümlədən regional nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması ilə bağlı məsələlərə toxunulub.

Putin və Paşinyan ikitərəfli əlaqələr və regional mövzular barədə fikir mübadiləsi aparıb.

14:55 - 7 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin