"İran Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirib" - Mübariz Qurbanlı

"İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb".
Asayis.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Dini Komitə bunun qarşısını almaq üçün kifayət qədər səbirlə, məqsədyönlü şəkildə iş aparıb.

"İran rejimi dini ideologiya ilə təzyiqlər göstərməyə çalışır. Azərbaycan və digər ətraf ölkələrə özünün dövlət-din modelini yaymaq istəyir. Azərbaycanda da bu təbliğatı aparmaq üçün sosial şəbəkələr üzərindən kampaniyalar aparıb. Dini Komitə bu kimi halların qarşısını almaq üçün geniş işlər görüb və görməkdədir" - komitə sədri bildirib.


Demokrat.az

15:13 - 6 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin