Azərbaycan Gürcüstan və Ermənistandan xeyli geridə qaldı

 Azərbaycan Gürcüstan və Ermənistandan xeyli geridə qaldı

Milli komandaların növbəti FİFA reytinqi açıqlanıb.
Asayis.Az xəbər verir ki, Azərbaycan yığması 124-cü pillədə yer alıb. 

Millimizin hesabında 1142 xal var və ötən ayla müqayisədə 3 pillə geriləyib.

Üç pillə geriləyən Azərbaycan yığması siyahıda Niger, Liviya və Mərkəzi Afrika Respublikasından geri düşüb.

Qonşu ölkələrdən Ermənistan 97-ci, Gürcüstan 77-ci, Türkiyə 43-cü, Rusiya 37-ci, İran isə 24-cü sırada qərarlaşıb.

Qeyd edək ki, Argentina, Fransa və Braziliya ilk üç pillədəki mövqeyini qoruyub.
 

15:08 - 6 Aprel 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin