Həbsdə olan meyxanaçı Rəşad Dağlının ailəsi onlara qarşı törədilən dələduzluqla bağlı ictimaiyyətə müraciət edib.
Asayis.Az xəbər verir ki, bu barədə meyxanaçının oğlu Yusif "Instagram" səhifəsində videogörüntü paylaşıb və izləyiciləri diqqətli olmağa çağırıb.
Yusif onun adından "TikTok"da səhifə açıldığını və pul yığıldığını bildirib: "Xahiş edirəm, diqqətli olun. İstəmirəm kimisə aldatsınlar, adımdan pul yığsınlar. Əgər canlı yayım açsam, üzümü göstərəcəyəm və elə danışacağam. Açılan profildə canlı yayım zamanı onlara aid olan videolar göstərilir".
Xatırladaq ki, Rəşad Dağlı qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.