Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
İlham Əliyev bununla bağlı öz “Twitter” səhifəsində paylaşım edib.
Türkiyə Prezidenti R.T.Ərdoğanın yayımladığı tviti paylaşan dövlət başçısı bunları yazıb:
“Təşəkkür edirəm, Əziz Qardaşım. Amin! TOGG Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir”.
Qeyd edək ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.