"Evimlə bağlı bir müddət əvvəl yayılan söz-söhbətlər qətiyyən xoşuma gəlmədi. Bu söhbət olub keçib. İndi kimə lazımdır ki, bu mövzunu yenidən gündəmə gətirirsiz?"
Asayis.Az Moderator-a itinadən xəbər verir ki, bunu Əməkdar artist Firuzə İbadova deyib.
O əlavə edib: "Düşünürlər ki, bəlkə Firuzəyə ev yaxud nəsə verərlər, biz qalarıq. Mən heç nə demirəm, Allah o insanlara lənət etsin. Az olub, az yemişəm, olmayıbsa, oturub baxmışam. Öz sənətimlə məşğul olmuşam, heç kimə mane olmamışam. Məndən nə istəyirsiz?! Bu qədər daşım ağırdır?!
Üzümə gülüb, ayağımın altını qazırlar. O insanlar kimdirsə bilirəm. Cavanşir Məmmədov da bir bəhanə olub. İstəyirlər ki, Firuzə İbadovanı hər şeydən küsdürsünlər, ölüb getsin, bu niyə oxuyur?! Onların bağrını çatladan odur.
Mən də hər şeyi Allaha həvalə edirəm. Çox keçməz ki, o insanlar özləri ifşa olarlar. Bunu edən jurnalistlər yox, məni gözü götürməyən bəzi, dırnaqarası sənət yoldaşlarımdır".