Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu

 Azərbaycandan qaçan qadın məmur Rusiyada tutuldu

Barəsində cinayət işi açılan Binəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin müdiri Gülnarə Xəlilova Rusiyada tutulub.
Asayis.Az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilmiş 1960-cı il təvəllüdlü G.Xəlilova Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.

Qeyd edək ki, ötən ilin mayında Baş Prokurorluq Gülnarə Xəlilova barəsində məlumat yayıb. Bildirilib ki, sözügedən şöbənin sabiq müdiri G.Xəlilova 5 ay ərzində xəzinədən 24 150 manat mənimsəyib. Onun barəsində Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə iş başlanılıb.

11:33 - 1 Aprel 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin