Prezident kreditlə bağlı qanuna dəyişikliyi təsdiq etdi

 Prezident kreditlə bağlı qanuna dəyişikliyi təsdiq etdi

Prezident İlham Əliyev Ailə Məcəlləsində, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Asayis.Az xəbər verir ki, yenilənmiş qanunlara əsasən, Azərbaycanda kreditləşmə Mülki Məcəllənin tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditin verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.

15:33 - 31 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin