Naxçıvandakı “Xan” taksi Tıbovlara məxsusdur?

 Naxçıvandakı “Xan” taksi Tıbovlara məxsusdur?

Naxçıvan Muxtar Respublikasında yeni taksi xidməti fəaliyyətə başlayıb.

Asayis.Az xəbər verir ki, bu barədə TNS-ə Naxçıvandan məlumat verilib.

Bakıda fəaliyyət göstərən “Xan” taksi xidməti Naxçıvan şəhərində öz ofisini açıb, muxtar respublika ərazisində fəaliyyət göstərməyə başlayıb. Artıq muxtar respublika sakinləri bütün mobil operatorlardan  *8777 nömrəsinə zəng edərək bu taksi xidmətindən istifadə edə bilərlər. Sifarişlər Bakı şəhərində qəbul edilərək Naxçıvandakı ofisə yönləndirilir.

Muxtar respublikada “Xan” taksinin fəaliyyətə başlaması naxçıvanlıların marağına səbəb olub. 30 ilə yaxın muxtar respublikaya rəhbərlik edən, ötən ilin dekabr ayında istefa verən Vasif Talıbov “xan” ləqəbi ilə tanınıb, yerli media onu “Naxçıvan xanı” kimi təqdim edib. Son günlər naxçıvanlılar sosial şəbəkələrdə zarafatla belə bir paylaşım edir: “İgid ölər, adı qalar”.

Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, bu şirkətin Talıbovlarla heç bir əlaqəsi yoxdur.

13:29 - 31 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin