Baldızının evindən 81 953 manatlıq oğurluq edən şəxslə bağlı QƏRAR

 Baldızının evindən 81 953 manatlıq oğurluq edən şəxslə bağlı QƏRAR

Şəki Ağır Cinayətlər Məhkəməsində Yevlaxda oğurluq etməkdə təqsirləndirilən Maarif Əliyev (şərti) və onun bacısı Nərgiz Əliyevanın (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Asayis.Az xəbər verir ki, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nərgiz Əliyeva 5 il, qardaşı Maarif Əliyev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etməcəzasına məhkum edilib. Qadının barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs olunub.

Qeyd: Hadisə Yevlax rayonunun Nərimanabad kəndində qeydə alınıb.

Belə ki, Maarif Əliyev bacısı Nərgiz Əliyeva ilə birlikdə qabaqcadan əlbir olaraq baldızı zərərçəkmiş Günay Həsənovanın (şərti) yaşadığı evdən ümumilikdə 81 953 manatlıq oğurluq edib. Daha sonra onlar polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində Cinayət Məcəlləsinin külli miqdarda oğurluq maddəsi ilə ittiham irəli sürülüb.

Pravda.az

11:27 - 30 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin