Yəhudilər və azərbaycanlılar illərdir birlikdə sülh şəraitində yaşayır - Ceyhun Bayramov

 Yəhudilər və azərbaycanlılar illərdir birlikdə sülh şəraitində yaşayır - Ceyhun Bayramov

Yəhudilər və azərbaycanlılar illərdir birlikdə sülh şəraitində yaşayır. Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, yəhudi icması Azərbaycanda cəmiyyətinin fəal hissədir.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

12:46 - 29 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin