Dövlət Komitəsi nəzir qutuları ilə bağlı məsələyə aydınlıq gətirdi

 Dövlət Komitəsi nəzir qutuları ilə bağlı məsələyə aydınlıq gətirdi

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb.

Asayis.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

“Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.

Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdırıldıqdan, qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlərə nəzarət həyata keçirilmir”, - məlumatda deyilir.

11:33 - 28 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin