13 tondan çox dondurma məhv edildi

 13 tondan çox dondurma məhv edildi

Azərbaycanda istehlaka yararsız dondurma və digər qida məhsulları məhv edilib.

Bu barədə Asayis.az  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

““Milla Dairy" MMC-yə məxsus 7 adda, 13,125 ton müxtəlif növ dondurma məhsulu, “Sun Food" MMC-yə məxsus ümumi çəkisi 59,92 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib”,- rəsmi məlumatda bildirilib.


18:31 - 27 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin