Naxçıvanda tələbə bacılar dəm qazından zəhərləniblər

 Naxçıvanda tələbə bacılar dəm qazından zəhərləniblər

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənib.

Asayis.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Naxçıvan Dövlət Universitetinin tələbələri, Tovuz rayon sakinləri 2000-ci il təvəllüdlü Xədicə Abdulova və onun 2001-ci il təvəllüdlü bacısı Nailə Abdulova evdə dəm qazının sızmasından zəhərləniblər.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

17:17 - 27 Mart 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin