Ərdoğan fəlakət zonasında yeni evlərin təməlqoyma mərasimi üçün Adıyamana gedir

 Ərdoğan fəlakət zonasında yeni evlərin təməlqoyma mərasimi üçün Adıyamana gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fəlakət zonasında yeni evlərin təməlqoyma mərasimində iştirak etmək üçün Adıyamana gedəcək.

Asayis.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kahramanmaraş zəlzələlərindən zərər çəkmiş 11 vilayətdə ümumilikdə 46.327 evin tikintisi üçün müqavilə imzalanıb və tikinti prosesi başlayıb.

Martın 23-nə olan məlumata görə, Ərdoğanın da iştirak etdiyi mərasimlə 17 min 902 binanın təməli atılıb.

Təməlqoyma mərasimindən sonra Ərdoğan çadır şəhərciyi ziyarət edəcək və Adıyamanda zəlzələdən sağ çıxanlarla iftarda görüşəcək.

15:00 - 27 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin