Həftənin ilk üç gününün havası açıqlandı

 Həftənin ilk üç gününün havası açıqlandı

Azərbaycanda gələn həftəyə gözlənilən hava şəraiti haqqında məlumat yayılıb.


Milli Hidrometeorologiya Xidmətindən Asayis.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında həftənin birinci yarısında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.


Lakin martın 27-si səhər yarımadanın bəzi yerlərində zəif duman, az çiskin olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.


Azərbaycanın rayonlarında həftənin birinci günü, martın 27-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə yağıntılı olacağı gözlənilir. Martın 28-29-da havanın sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu aran rayonlarında gecə 6-10° isti, 17-22° isti, dağlıq rayonlarda gecə 1° şaxtadan 4° -dək isti , 5-10° isti olacaq.

16:00 - 26 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin