“Ermənilər İrəvanda Türkiyənin yığma futbol komandasına 1-2 hesabı ilə məğlub oldu. Onlar öz şərəfsiz əməllərini bir daha sübut etdilər. Türkiyənin dövlət himninə əvvəldən sonuna qədər fit çalıblar”.
asayis.Az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi deyib.
O, bildirib ki, bundan başqa, "azarkeş" ermənilər meydançada ən qəddar terror təşkilatı olan “NEMESİS”in şüarlarını nümayiş etdirib:
“NEMESİS” Yunan Allahının adıdır və mənası yunanca "QİSAS" deməkdir. Bu terror təşkilatı 1920-ci ildə Fətəli Xan Xoyski də daxil olmaqla 7 nəfər tanınmış türk diplomatı və dövlət xadimlərini arxadan vuraraq vəhşicəsiə qətlə yetiriblər”.