"Putin uduzduğunu və qorxduğunu etiraf edir” - Ukrayna Prezidentinin Ofisi

“Rusiya Prezidenti Vladimir Putin uduzduğunu və qorxduğunu etiraf edir”.

Asayis.Az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

O bildirib ki, rəsmi Moskva proqnozlaşdırıla bilən siyasət həyata keçirir.

M.Podolyak hesab edir ki, Rusiya lideri Belarusda taktiki nüvə silahının yerləşdirilməsini elan etməklə həm də cinayət törətdiyini boynuna alır: “O, nüvə silahının yayılmaması ilə bağlı müqaviləni pozur”.

Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidentinin bu qərarını blef hesab edir./Report

12:57 - 26 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin