ABŞ-nin “Intel” şirkətinin yaradıcısı VƏFAT ETDİ

 ABŞ-nin “Intel” şirkətinin yaradıcısı VƏFAT ETDİ

ABŞ-nin “Intel” şirkətinin yaradıcılarından biri Qordon Mur 94 yaşında vəfat edib.

Asayis.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Şirkətin yaydığı məlumata görə, Qordon Mur Havaydakı evində, ailəsinin əhatəsində dünyasını dəyişib.

“Mənim karyeram və həyatımın çox hissəsi Qordonun “Intel”də təqdim etdiyi imkanlar nəticəsində formalaşıb. Onun irsini davam etdirmək mənim üçün şərəfli və məsuliyyətlidir”, - şirkətin baş direktoru Pat Qelsinger deyib.

Qeyd edək ki, “Intel” şirkəti 1968-ci ildə Qordon Mur və Robert Noys tərəfindən yaradılıb. Mur şirkətdə 1968-ci ildən 2006-cı ilədək işləyib./Report

10:29 - 25 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin