Tanınmış diplomat Ağasəlim Səmədağa oğlu Şükürov bir müddətdir əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.
Asayis.Az xəbər verir ki, bu barədə "Marja"ya mərhumun yaxınları məlumat verib.
O, 9 sentyabr 1963-cü ildə anadan olub. Ağasəlim Şükürov 1993-cü ildən Xarici İşlər Nazirliyində işləyib, 2010 - 2014-cü illərdə Liviyada, 2015- 2022-ci illərdə isə Livanda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Ağasəlim Şükürov Azərbaycan Prezidenti tərəfindən medal ilə təltif olunub. O, 30-dan çox dövlətdə ölkəmizi təmsil edib.