Bərdədə avtomobilin vurduğu piyada bir gün sonra xəstəxanada öldü

 Bərdədə avtomobilin vurduğu piyada bir gün sonra xəstəxanada öldü

Bərdədə yol qəzası baş verib.

Asayis.Az Pravda.az-a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Ərşadlı İsmayıl Müsləddin oğlu 22.03.2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “Khazar SD” minik markalı avtomobillə Bərdə rayonunun Alpoud kəndindən Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən yolun 8-ci kilometrliyində öz hərəkət zolağında piyada Bərdə rayonu, Yeni Əyricə kənd sakini, 1997-ci il təvəllüdlü Əmirov İsrayıl Asif oğlunu vurub.

Nəticədə piyada aldığı bədən xəsarətlərindən 23.03.2023-cü il tarixdə Bərdə Müalicə və Diaqnostika Mərkəzində ölüb.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq olunur.

11:10 - 24 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin