Biz Qarabağ dediyimizdə bunu anlayanlarla birlikdə yolumuza davam edirik.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.
O, bunu anlamayanların mövcud olduğunu da qeyd edib.
“Birinə Ayasofiya dediyimdə haradan-haraya gəldiyimizi anlayır. Kiməsə Qarabağ dediyimdə anlayan olur. Birinə Qara Dənizdən çıxaracağımız qazı, kiməsə PUA-larımızı dediyimdə gəldiyimiz yolu anlar. Amma bunları hələ də anlamayanlar var”, - deyə Prezident qeyd edib.