Qanunsuz kömür istehsalının qarşısı alındı

 Qanunsuz kömür istehsalının qarşısı alındı

Daşkəsəndə qanunsuz kömür istehsalının qarşısı alınıb.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
 

Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla istismar etdikləri kömür quyuları aşkar edilib.

Qanunsuz kömür istehsal edənlərin rayonun Astaf kənd sakinləri Elşən Həsənov və Məhəmməd Orucov olduqları müəyyən edilib.

Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub.

22:00 - 22 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin