Nizaməddin Quliyevin qardaşı oğlunun qəzadakı ölümü ilə bağlı cinayət işi açıldı

 Nizaməddin Quliyevin qardaşı oğlunun qəzadakı ölümü ilə bağlı cinayət işi açıldı

Goranboyun həbsdə vəfat edən icra başçısının qardaşı oğlunun yol qəzasındakı ölümü ilə bağlı cinayət işi açılıb.

Asayis.Az Pravda.az-a istinadən xəbər verir ki, martın 20-si saat 10:45 radələrində 1990-cı il təvəllüdlü Quliyev Cavid Müsəllim oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobilin Tapqaraqoyunlu-Naftalan yolunun Naftalan şəhəri, Qaşaltı kəndindən keçən hissədə idarəetməsini itirib.


Daha donra maşın yol kənarında yerləşən Məhəmmədov Yusif İsa oğlunun həyətindəki yardımçı tikiliyə avtomobili çırpıb. Nəticədə Cavid Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktı bağlı Naftalan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

12:29 - 21 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin