“Azərbaycan Prezidenti Ermənistanla aparılan danışıqlar və Qarabağ ətrafındakı vəziyyətlə bağlı ətraflı açıqlama verdi, gözləntilərini aydın şəkildə bildirdi”.
Asayis.Az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan deyib: “Əliyevin fikrincə, “sülh sazişi” və ya Paşinyanın dediyi kimi “sülh gündəmi” çərçivəsində Azərbaycanın bütün tələbləri yerinə yetirilməlidir. Bu, təkcə “Artsax”a tam nəzarət demək deyil, həm də Azərbaycanın bir neçə rayon və onlarla kəndlə bağlı tələblərinin qanuniləşdirilməsi və təmin edilməsidir. Yəni, Azərbaycan bizə iki seçim verib: Ya dinc yolla, ya da zorla təslim olacağıq”, – deyə erməni deputat fikirlərini yekunlaşdırıb.