Azərbaycanda geniş pul kütləsi 21%-dən çox artıb

 Azərbaycanda geniş pul kütləsi 21%-dən çox artıb

Bu il fevralın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi 42 milyard 014,8 milyon manat təşkil edib.

Asayis.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının hesabatında verilən məlumata görə, bu, aylıq müqayisədə 1,9 % az, illik müqayisədə isə 21,3 % artıb.

Manatla geniş mənada pul kütləsinin həcmi bu ilin yanavarın sonuna 28 milyard 914,8 milyon manat təşkil edib. Bu, ötən ilin dekabrın sonuna olan analoji göstəricidən 2,2 %, illik müqayisədə isə 25,1 % çoxdur.

16:06 - 19 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin