Gəncədə əri tərəfindən bıçaqlanan qadın ölüb

 Gəncədə əri tərəfindən bıçaqlanan qadın ölüb

Gəncədə qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində tutulub.

Asayis.Az xəbər verir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Gəncə şəhər sakini Züleyxa Şirinovanın aldığı bıçaq xəsarətlərindən xəstəxanada ölməsi faktına görə Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin əri Ruslan Şirinov şübhəli şəxs qismində saxlanılıb.

15:39 - 19 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin