DSX-nin sistemi çökdü, təyyarə reysləri gecikdi - Rəsmi açıqlama

 DSX-nin sistemi çökdü, təyyarə reysləri gecikdi - Rəsmi açıqlama

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Bu barədə Asayis.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib.

***10:44

Bu gün səhər saatlarından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq müşahidə olunub.

Asayis.Az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub.

“Saat 06:10-dan Dövlət Sərhəd Xidmətinin sistemi donub. Yüzlərlə insan çarəsiz qalıb. Heç kim neytral əraziyə buraxılmır. Sistemin donması uzun növbələrə və narazılığa səbəb olub”, - deyə şikayətçi bildirib.

Saatlarla sistemin donmasının davam etməsinə baxmayaraq, sərnişinlərə heç bir melumat verilmir.  Bununla yanaşı,  təyyarə reyslərində də gecikmələr baş verir. 

12:16 - 18 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin