Tanışını bıçaqlayan şəxs məhkəmə qarşısında - Detallar

 Tanışını bıçaqlayan şəxs məhkəmə qarşısında - Detallar

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Rəhman Qasıməliyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Asayis.Az Pravda.az-a istinadən xəbər verir ki, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclası martın 30-na təyin edilib.

Qeyd: Ötən ilin noyabrında paytaxt ərazisində qeydə alınıb.

 

Belə ki, 1980-ci il təvəllüdlü Qasıməliyev Rəhman Rasul oğlu tanışı, 1995-ci il təvəllüdlü İbrahimli Mirəli Aqil oğluna münaqişə zəminində döş qəfəsinə bıçaqla xəsarət yetirilib. 3 saylı Tibb Mərkəzinə yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra Rəhman şübhəli şəxs qismində tutulub.

11:39 - 18 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin