“Baku City Hospital”ın saytında bu cümlələr yazıldı - “Borcunu ödəməyə pul tapmır” - FOTO

 “Baku City Hospital”ın saytında bu cümlələr yazıldı - “Borcunu ödəməyə pul tapmır” - FOTO

“Baku City Hospital”ın rəsmi saytında texniki problem yaşanıb.

Asayis.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, klinika rəhbərliyinin serverin ödənişini etmədiyi üçün baş verib.

Bu səbəbdən sayta daxil olanda ““Baku City Hospital”ın 120 AZN borcunu ödəməyə maddi gücü çatmadığı üçün serverləri bağlanıb. Ən ucuz “chek-up”ları belə 120 AZN-dən daha baha olan şirkət borcunu ödəməyə pul tapmır” cümləsi yazılıb.

Texniklərin etiraz mesajından qısa müddət sonra problem həllini tapıb və saytın fəaliyyəti bərpa olunub.

 

18:57 - 17 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin