Azərbaycanda bu universitetlər işçilərinə əlavə bayram pulu verdilər

 Azərbaycanda bu universitetlər işçilərinə əlavə bayram pulu verdilər

Azərbaycanda bir sıra universitetlər Novruz Bayramı ilə əlaqədar işçilərinə əlavə ödənişlər edib.

Asayis.Az xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi paylaşıb.

Bildirilib ki, bayram münasibətilə Azərbaycan Dövlət İqtisad Universiteti hər bir işçisinə 300 manat, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 200, Azərbaycan Texniki Universiteti 200, Azərbaycan Texnologiya Universiteti 100 manat məbləğində əlavə ödəniş edib.

14:31 - 15 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin