Metrolarda satılan KOLBASALAR – Saraydan GƏTİRİLİR?

 Metrolarda satılan KOLBASALAR – Saraydan GƏTİRİLİR?

Son günlər paytaxtın metro çıxışlarında kolbasa məmulatlarının səyyar satışı aparılır. Heç bir gigenik şəraiti olmayan, açıq havada təşkil edilən bu “satış məntəqələrində” kolbasa məmulatlarının üzərində nə istehsalçı, nə də ki, istehsal tarixi və məhsulun tərkibi barədə heç bir məlumat yoxdur. 

Apardığımız sorğu zamanı satıcılar istehsalçının adını söyləməkdə çətinlik çəkdilər. Soruşanda da bəziləri bildirirlər ki, topdansatış məntəqəsindən almışıq.

Bəziləri isə Saray qəsəbəsində istehsal olunduğu dedilər. Halbiki, Saray qəsəbəsində belə bir zavodun olduğunu heç kim bilmir.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. 

Qurumdan Asayis.az-a bildirildi ki, bu barədə onlarda da məlumat var:

“Təkcə metro çıxışlarında deyil, əhalinin gediş-gəliş çox olduğu yerlərdə də belə hallara rast gəlinir. Artıq belə hallara qarşı mübarizəyə başlamışıq. Bu barədə daha ətraflı məlumat yaxın günlərdə açıqlayacağıq”.

Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynov tələb artdıqca təklifin də artdığını bildirdi:

“Əhalinin xeyli hissəsinin supermarketlərdə satılan mənşəyi məlum olan kolbasa məmulatlarını istehlak etmək imkanı yoxdur. Ona görə də belə satış məntəqələrinə alıcı axını çox olur. Çünki, qiymət çox aşağıdır. 2-3 manata sosis və kolbasalar təklif edilir.
Hazırda təkcə metro çıxışlarında, küçələrdə deyil, hətta binaların girişlərində müxtəlif ərzaq məhsullarının satışı ilə rastlaşırıq. Belə qanunsuzluğa məsul yerli icra strukturlarıdır. Təbii ki, polislərində məsuliyyəti az deyil. Çox təəssüf ki, rəsmi qeydiyyatda olmayan belə ticarət şəbəkələri ciddi qanun pozuntusu və xəstəlik mənbələridir. Bunusa izləməyə AQTA məsuldur”.

16:53 - 14 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin