"Taxıl sazişi"nin müddəti uzadıldı

Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarına çıxarılmasını nəzərdə tutan sazişin müddəti daha 2 ay uzadılıb.

Asayis.Az-ın xəbərinə görə, bu barədə TASS-a Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Qruşkonun sözlərinə görə, müqavilə eyni şərtlərlə uzadılır.

Nazir müavini əlavə edib ki, Rusiya taxıl müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün əzmlə çalışacaq.

14:19 - 14 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin