Sabahın hava proqnozu AÇIQLANDI

 Sabahın hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Asayis.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 

Havanın temperaturu gecə 5-7° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz, bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

09:45 - 14 Mart 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin