Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə sərnişin avtobusunda baş verən dava ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Asayis.Az xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
***08:32
Bakıda avtobusların birində iki şəxs arasında mübahisə dava ilə nəticələnib.
Asayis.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdə iki nəfər kişinin bir-biri ilə dava etməsi öz əksini tapıb.
Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.